"Bavariya"nın heyətində ciddi itki

14:20 - 15 Mart 2025

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhənginin müdafiəçisi Kim Min Ce sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Vensan Kompani məlumat verib.

Cənubi koreyalı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 37 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti