Erlinq Haaland "Mançester Siti"ni tərk edə bilər.
Sportal.az “El Nacional”a istinadən xəbər verir ki, norveçli forvard komandasının Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə, “şəhərlilər”in düşərgəsində qalmaq istəmir.
Bu halda hücumçunun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variantı “Real”a keçməsidir. Onun xidmətində maraqlı olan digər iddialı klub isə PSJ-dir. 2022-ci ildən “Mançester Siti”də çıxış edir. 24 yaşlı futbolçunun Mançester təmsilçisi ilə müqavilə müddəti 2034-cü il iyunun 30-na qədərdir.
"Mançester Siti" 29 turdan sonra turnir cədvəlində 48 xalla 5-ci pillədədir.
saytlarin hazirlanmasi