İtaliya A seriyasının təmsilçisi “Torino” “Beşiktaş”ın legionerini istəyir.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, turinlilər İstanbul təmsilçisinin müdafiəçisi Yonas Svenssonla maraqlanır. 32 yaşlı futbolçunun özü də İtaliyaya yollanmağa müsbət yanaşır.
O, “Beşiktaş”dan yeni müqavilə ilə bağlı təklif almasa, “Torino”nun təklifini dəyərləndirəcək.
Svenssonun “Beşiktaş”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Norveçli 2024-cü il yanvarın 10-dan Türkiyə klubunun üzvüdür.