"Bavariya"da ciddi itkilər - 6 ay oynamayacaq

15:11 - 26 Mart 2025

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhənginin müdafiəçiləri Alfonso Deyvis və Dayo Upamekano sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Deyvisin durumu daha ağırdır. 24 yaşlı sol cinah müdafiəçisi Kanada millisinin ABŞ ilə keçirdiyi oyunda (2:1) ağır zədə alıb. Diz çarpaz bağları qopan futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Dayo Upamekano da dizindən zədələnib. Fransalı mərkəz müdafiəçisinin bərpa prosesi bir neçə həftə çəkəcək.

Xəbər xətti