Coşqun Diniyev 90 dəqiqə oynadı, komandası səfərdə heç-heçə etdi

17:09 - 9 Aprel 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 33-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Ərzurum"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

33 turdan sonra 48 xal toplayan "Çorum" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti