İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Xoakin Kaparros çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
69 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Kaparros "Sevilya"nın baş məşqçisi postunda Qarsiya Pimientanı əvəz edib.
saytlarin hazirlanmasi