Çempionlar Liqasının əsas mərhələsinin beş turundan sonra "Qarabağ" topu ələ keçirmə sayına görə ilk üçlükdə qalır.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 227 dəfə topu ələ keçirməsinə görə 36 komanda arasında üçüncü ən yaxşı göstəriciyə sahibdir.
Ümumilikdə, ilk üçlük dəyişməz olaraq qalır. “Atletik”(Bilbao) ən yaxşı göstəriciyə malikdir (257).
Belçikanın "Union" klubu (246) 2-ci, Ağdam komandası isə ən yaxın izləyiciləri olan "Nyukasl" (226), "Pafos" (219) və "Slaviya"nı (215) qabaqlayır.
Bundan əlavə, iki məhsuldar ötürmə ilə "Qarabağ"ın hücumçusu Kamilo Duran məhsuldar ötürmə sayına görə 5-42-ci yerləri bölüşür.
