Fatih Terimin sabiq köməkçisi baş məşqçi təyin olundu

21:24 - 16 Fevral 2026

Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Levent Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Gənclərbirliyi" Metin Diyadinlə yollarını ayırıb. Levent Şahin isə son olaraq Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda baş məşqçi Fatih Terimin köməkçisi vəzifəsində çalışıb.

Xəbər xətti