"Qalatasaray" rəhbərliyi baş məşqçisi Okan Buruku başqa komandaya buraxmaq niyyətində deyil.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu Buruka yeni müqavilə təklif edəcək.
Hazırda "Qalatasaray" Superliqada 74 xalla liderdir və "Fənərbaxça"nı 7 xal qabaqlayır ki, rəhbərlik də onun işindən razılıq bildirir.
52 yaşlı mütəxəssisin "Qalatasaray"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Yeni müqaviləyə əsasən o, 2029-cu ilə qədər "cim-bom"a rəhbərlik edə bilər.
Buruk 2022-ci ildən "Qalatasaray"ı çalışdırır.
saytlarin hazirlanmasi
