İmani Barker "Karvan-Yevlax"dan ayrılıb.

Sportal.az xəbər verir ki, onunla imzalanmış icarə müqaviləsinin müddəti artırılmayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Barker Premyer Liqa klubunun heyətində 24 matça çıxıb və 2 qol vurub.

O, müqavilə ilə "Sumqayıt"a məxsusdur.