"Fənərbaxça" "Qalatasaray"la matça itkilərlə çıxacaq

10:34 - 22 Oktyabr 2026

"Fənərbaxça"nın Superliqanın 8-ci turunun "Qalatasaray"la oyunundan öncə itkiləri açıqlanıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi derbidə Marko Asensionun xidmətindən yararlana bilməyəcək. 29 yaşlı futbolçu sol dizindən əməliyyat olunub. Onun təxminən 3 aya sıraya dönəcəyi gözlənilir.

Onunla yanaşı, Natan Ake də "Qalatasaray"a qarşı oynaya bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat verib.

Ake də 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” görüşü oktyabrın 26-da baş tutacaq.

Xəbər xətti