Futbolçu "Napoli"nin düşərgəsinə gəldi
"Real”ın hücumçusu Qonzalo İquain özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, “Napoli” İquaini 37 milyon avroya transfer edib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. O, italyan klubundan illik 6 milyon avro maaş alacaq.
Artıq futbolçu dünən klubun düşərgəsinə gəlib və Beniteslə görüşüb. Onlar birlikdə şəkil çəkdiriblər.
saytlarin hazirlanmasi