Yeni mövsümün püşkü atıldı
İtaliya A Seriyasında 2013-2014-cü il mövsümünün püşkü atılıb.
Sportal.az xəbər verir ki, yeni mövsüm avqustun 25-də başlayacaq və gələn il mayın 16-da yekunlaşacaq. Son çempion “Yuventus” ilk oyununu səfərdə “Sampdoriya”ya qarşı keçirəcək. Rafael Benitesin başçılıq etdiyi “Napoli”nin ilk rəqibi isə “Bolonya” olacaq.
Çempionatın 17-ci turunda, yəni 22 dekabrda “İnter” və “Milan” arasında ilk derbi, 6 oktyabrda “Yuventus” – “Milan”, sentyabrın 22-də isə ilk Roma derbisi – “Roma” və “Latsio” arasında oyun baş tutacaq.
25 avqust: ilk turun oyunları
“Kalyari” – “Atalanta”
“Fiorentina” – “Kataniya”
“Verona” – “Milan”
“İnter” – “Cenoa”
“Latsio” – “Udineze”
“Livorno” – “Roma”
“Napoli” – “Bolonya”
“Parma” – “Kyevo”
“Sampdoriya” – “Yuventus”
“Torino” – “Sassuola”
saytlarin hazirlanmasi