Qalib bazar günü bilinəcək
Sabah İtaliya superkuboku uğrunda görüş keçiriləcək.
Sportal.az xəbər verir ki, superkubok finalında son ölkə çempionu “Yuventus” və kubokun qalibi “Latsio” münasibətlərinə aydınlıq gətirəcək. Artıq oyunu idarə edəcək hakimlər briqadası da müəyyən olunub. “Yuventus” – “Latsio” matçı Canluke Rokkiyə həvalə edilib. Ona Elenito Di Liberatore, Canluka Kariolato, Luka Banti və Antonio Damato köməklik edəcək. Əlavə köməkçi hakim isə Paolo Matsoleni olacaq.
Oyun Romanın “Olimpiya stadionu”nda keçiriləcək.
Bu görüşdə “Latsio”nun futbolçusu Stefano Mauri komandasına kömək edə bilməyəcək. Çünki komandanın danışılmış oyunlarında adı hallanan oyunçu ilə bağlı məhkəmə yekun qərar verməyib.
Qeyd edək ki, İtaliya çempionatı isə gələn həftə - avqustun 24-də "Verona" - "Milan" oyunu ilə başlayacaq.
saytlarin hazirlanmasi