"İnter" də çempionata qələbə ilə başladı
İtaliya A Seriyasında I turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçirilib. İlk oyunlarında “Roma”, “İnter”, “Napoli” kimi komandalar aktivinə 3 xal yazdırıb. “Roma” görüşün taleyini 3 dəqiqəyə həll edib.
Qeyd edək ki, tura bu gün baş tutacaq “Fiorentina” – “Kataniya” oyunu ilə yekun vurulacaq.
İtaliya çempionatı: I tur
24 avqust
“İnter” – “Cenoa” 2:0
Qollar: Yuto Naqatamo, 75, Rodriqo Palasio, 90
“Kalyari” – “Atalanta” 2:1
Qollar: Raca Nainqqollan, 28, Matias Kabrera, 64 - Qulelmo Stendardo, 27
“Latsio” – “Udineze” 2:1
Qollar: Anderson Hernanes, 13, Antonio Kandreva, 17 - Luis Fernando Muriel, 61
“Livorno” – “Roma” 0:2
Qollar: Daniele De Rossi, 65, Alessandro Florenzi, 68
“Napoli” – “Boloniya” 3:0
Qollar: Xose Kalehon, 32, Marek Hamşik, 45, 64
“Parma” – “Kievo” 0:0
“Torino” – “Sassuolo” 2:0
Qollar: Matteo Briqi, 40, Alessio Çerçi, 64
saytlarin hazirlanmasi