"Fiorentina" "Cenoa"nı, "Milan" isə "Kalyari"ni üstələdi
İtaliya A Seriyasında II tur başa çatıb.
Sportal.az xəbər verir ki, son oyun günündə 8 qarşılaşma keçirilib. “Roma” və “İnter” rəqiblərini eyni hesabla məğlub edib – 3:0. “Milan” və “Udineze” isə doğma meydanda 3:1 hesablı qələbəyə sevinib. “Fiorentina” isə səfərdə “Cenoa”nı 5:2 üstələyib. Bu oyunda komandanın yeni transferi Mario Qomes dubl edib.
Qeyd edək ki, iki turadan sonra turnir cədvəlinə “Napoli” başçılıq edir.
İtaliya çempionatı: II tur
1 sentyabr
“Roma” – “Verona” 3:0
Qollar: Duqlas Maykon, 56, Miralem Pyaniç, 59, Adem Lyayiç, 66
“Atalanta” – “Torino” 2:0
Qollar: Qulelmo Stendardo, 57, Stefano Lukkini, 81
“Kataniya” – “İnter” 0:3
Qollar: Rodriqo Palasio, 20, Yuto Naqatamo, 56, Rikardo alvarez, 80
“Cenoa” – “Fiorentina” 2:5
Qollar: Alberto Cilardinyo, 54, Fraçesko Lodi, 60 (p) - Alberto Akvilani, 10, Cuzeppe Rossi, 14, 55, Mario Qomez, 41, 90 (p)
“Milan” – “Kalyari” 3:1
Qollar: Robinyo, 8, Filip Mekses, 31, Mario Balotelli, 62 - Marko Sau, 33
“Sassuola” – “Livorno” 1:4
Qollar: Simone Zaza, 66 - Leandro Qreko, 43, İnnosent Emeqara, 69, 85, (p), Betanin Pau, 75
“Udineze” – “Parma” 3:1
Qollar: Emanuel Ba, 12, Tomas Erto, 72, Luie Fernando Muriel, 89 (p) - Antonio Kassano, 83
“Boloniya” – “Sampdoriya” 2:2
Qollar: Davide Moskardelli, 41, Panayotis Kone, 64 - Sitadin Eder, 25, Manola Qabbyadini, 71
saytlarin hazirlanmasi