Droqbanın gizli sövdələşməsi ortaya çıxdı, Amerikaya gedir?

17:31 - 8 Sentyabr 2013

Didye Droqbanın "Nyu York" komandası ilə razılığa gəldiyi bildirilir
 
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Didye Droqbanın "Nyu York" komandası ilə razılığa gəldiyi və qarşıdakı iki mövsümdə ABŞ liqasında oynamağa qərar verdiyi məlum olub.
 
Sportal.az verir ki, mövsüm başa çatdıqdan sonra Birləşmiş Ştatlara istirahətə gedən Droqbanın burada ona göstərilən diqqətdən məmnun qaldığı və təklifi qəbul etdiyi bildirilir. Droqbanın "Nyu York"da ildə 5 milyon avro qazanacağı, sponsor gəlirləri ilə isə qazancının 10 milyon avro olacağı deyilir.
 
Droqba mövsüm sonunda ayrılmağı düşünsə də, "Qalatasaray"ın ulduz futbolçunu buraxmaq niyyəti yoxdur. Baş məşqçi Fatih Terim rəhbərlikdən Droqba ilə müqavilənin uzadılmasını istəyib. Həmçinin futbolçudan uzun müddət "Qalatasaray"ın idman direktoru vəzifəsində çalışması tələb edilir.
 
Qeyd edək ki, İstanbul klubunun alternativ variant kimi Zlatan İbrahimoviçi transfer etmək niyyəti də var.
 
Xatırladaq ki, Droqba daha əvvəl Amerikaya gedə biləcəyini demişdi:
 
"Bekhem oynadı, Anri hələ oynayır, Dempsi də Amerikaya qayıtdı. Əgər bir gün fürsət düşsə, ABŞ Liqasında forma geyinə bilərəm. Təklif edilsə, niyə də olmasın?"

Xəbər xətti