Vuçiniç millidə zədələndi
“Yuventus”un məşqçilər korpusu bəd xəbər alıblar.
Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Mirko Vuçiniç zədələnib.
Çernoqoriyalı forvard milli komandasının heyətində Polşa ilə keçirilən matçda (1:1) zədə alıb. Hələlik Vuçiniçin konkret hansı müddətə sıradan çıxdığı bəlli deyil. 30 yaşlı hücumçu bu günlərdə tibbi müayinədən keçməlidir. Bundan sonra onun hansı müddətə sıradan çıxdığı bilinəcək.
saytlarin hazirlanmasi