Françesko Totti: "Onunla çox uğurlar qazanacağıq"
“Roma”nın kapitanı və canlı əfsanəsi Françesko Totti komandasına olan sevgisini bir daha sübut edib.
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu paytaxt klubu ilə müqaviləsini yeniləməyə hazırlaşır. Təcrübəli oyunçu karyerasını bitirmək niyyətində olmadığını, gücü çatana qədər futbol oynayacağını deyib:
“Karyeramı davam etdirmək, futbol oynamaq üçün hələ də gücüm var. Bu, mənim istəyim və arzumdu. Növbəti 3 ildə, bəlkə də daha çox futbol oynaya bilərəm. Mən bu şəhər və azarkeşləri üçün doğulmuşam. “Roma” azarkeşləri ilə münasibətim həmişə yaxşı olub. Bizim sevgimiz qarşılıqlıdı. “Roma”da böyümüşəm və “Roma”da öləcəm.
Yeni mövsümə gəlincə, Rudi Qarsiya əla məşqçidi. O, “Roma” üçün gələcəyin adamıdı. Ümid edirəm ki, onunla çox uğurlar qazanacağıq”.
Qeyd edək ki, Totti 1986-cı ildən “Roma”nın aşağı yaş qruplarında, 1992-ci ildən indiyə qədər isə əsas heyətdə oynayır. O, bu müddət ərzində “Roma” forması ilə müxtəlif turnirlərdə 664 oyun keçirib və 280 qol vurub.
saytlarin hazirlanmasi