İlk rəsmi debüt oyununda zədələndi

16:07 - 16 Sentyabr 2013

Mövsümə uğursuz start
 
Kakanın “Milan”a qayıdışından sonra keçirdiyi ilk rəsmi debüt oyunu uğursuzluqla yadda qalıb.
 
Sportal.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Torino” ilə oyunda (2:2) zədələnib və 4 həftəyə sıradan çıxıb. Onun Çempionlar Liqasında “Seltik”lə, A Seriyasında isə “Napoli”, “Boloniya” və “Sampdoriya” ilə oyunları buraxacağı deyilir. Amma “Milan” bu məlumatı rəsmi şəkildə təsdiqləməyib. Çünki “rossonyerlər” “Torino” ilə matçda yarımmüdafiəçilər - Rikardo Montolivo və Andrea Polinin zədələndiyi haqqında məlumat yayıb.  

Xəbər xətti