3 qolla gələn 3 xal
İtaliya A Seriyasında III tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son qarşılaşmasında “Roma” səfərdə “Parma”nı məğlub edib. İlk hissədə hesabda geridə olmasına baxmayaraq paytaxt klubu ikinci hissədə özünə gəlib və 3 qol vuraraq meydandan qalib ayrılıb. Bununla da "Roma" xal ehtiyatını 9-a çatdırıb və "Napoli" ilə 1-2 yerləri bölüşdürür.
Qeyd edək ki, IV tura sentyabrın 21-də start veriləcək.
İtaliya çempionatı: 3-cü tur
16 sentyabr
“Parma” – “Roma” 1:3
Qollar: Conatan Biabiani, 38 - Florenzi, 49, Totti, 70, Kevin Strotman, 85 (p)
saytlarin hazirlanmasi