"Maldiniyə görə "Milan"da forma geyinə bilmədim"

16:02 - 21 Sentyabr 2013

"Milan"da Maldini üçün bu tərz şeylərin normal olduğunu deyəndə şoka düşdüm"
 
Nigeriya futbolunun öndə gələn simalarından Taribo Uest maraqlı bir iddia ortaya atıb. 
 
Sportal.az xəbər verir ki, sabiq oyunçu İtaliya futbolunun və “Milan”ın canlı əfsanəsi Paolo Maldini haqqında fikirlər səsləndirib. O, “Milan”da oynadığı vaxtda formada olmasına baxmayaraq Maldiniyə görə meydana çıxa bilmədiyini və haqqının yeyildiyini deyib:
 
“2000-ci ildə Afrika Millətlər Kubokundan qayıtdıqdan sonra formadaydım, Maldini isə zədəli idi. Onun yerinə oynamalı idim, amma şansım olmadı. Maldini adətən klubda toxunulmaz biri idi. Ona görə "Milan"da forma geyinə bilmədim. 
 
“İnter”in prezidenti Massimo Moratti ilə münasibətləri yaxşı olan Uest onunla söhbətində mənə “Milan”da Maldini üçün bu tərz şeylərin normal olduğunu deyəndə şoka düşdüm” deyib. 
 
Qeyd edək ki, Taribo Uest 1997-1999-cu illərdə “İnter”də çıxış edib. Sonradan “Milan”a keçib. Amma burda forma geyinmə şansı tapmayıb. 

Xəbər xətti