"Qalatasaray"ın yeni baş məşqçisi məlum oldu

00:30 - 30 Sentyabr 2013

Mançini dünən İstanbula gəlib
 
Xəbər verdiyimiz kimi, Türkiyənin "Qalatasaray" klubu italiyalı mütəxəssis Roberto Mançini ilə müqavilə imzalamaq ərəfəsindədir.
 
Sportal.az xəbər verir ki, ulduz futbolçulardan ibarət heyəti dünya miqyasında bir baş məşqçiyə həvalə etmək istəyən "cimbom" Mançinin 6 milyon avro istəməsindən sonra digər baş məşqçilərlə təmasa keçmişdi. Amma, istiqamət yenidən Mançiniyə yönəlib. 
 
Dünən axşam italiyalı mütəxəssislə bir daha görüşən "Qalatasaray" rəsmiləri, razılıq əldə ediblər. Mançinin bugün İstanbula gəlib.
 
*Mançininin Qalatasaraydan illik 5,5 milyon avro alacağı, qazanılacaq uğurlardan da bonuslarla cəmi 7 milyon avro məvacib alacağı bildirilir.

Xəbər xətti