Aziz Yıldırım namizədliyini verməyəcək
Bildiyiniz kimi, “Fənərbağça” avrokuboklardan kənarlaşdırıldıqdan sonra klubda növbədənkənar prezident seçkisi keçirmək qərarı alındı.
Sportal.az xəbər verir ki, noyabrın 2-də baş tutacaq seçkidə hazırkı prezident Aziz Yıldırımın namizədliyini verməyəcəyi gözlənilir. Artıq “sarı-lacivərdlilər”də prezidentliyə ilk namizəd bəlli olub. Bu idarə heyətinin üzvü Yamen Uzundur. Uzun namizədliyini artıq rəsmi şəkildə təqdim edib və gələn həftənin ikinci günü bununla bağlı iclas keçirəcəyini deyib.
saytlarin hazirlanmasi