"Qalatasaray" "İnter"in 19 yaşlı futbolçusunu transfer siyahısına saldı

18:32 - 21 Dekabr 2013

Mateo Kovaçiç "Cim-Bom"a hə deyəcək?
 
“İnter”də forma geyinən 19 yaşlı futbolçu Mateo Kovaçiç baş məşqçi Roberto Mançininin maraq dairəsinə düşüb. 
 
Sportal.az xəbər verir ki, “Qalatasaray”ı edəcəyi transferlərlə gücləndirmək istəyən Mançini Kovaçiçi heyətə qatmaq istəyir. Gənc yarımmüdafiəçi “Qalatasaray”la yanaşı, “Mançester Yunayted” və “Şaxtyor Donetsk”in də maraq dairəsinədir.

Xəbər xətti