Alleri bu gün komandadan gedə bilər
"Milan" klubu baş məşqçi Massimiliano Alleqri ilə mövsümün sonu deyil, daha tez yolları ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, komandanın A seriyasının son oyunda "Sassuolo"ya məğlub olması klubun yeni vitse-prezidenti Barbara Berluskonini əsəbiləşdirib.
O, matçdan sonra jurnalistlərə açıqlamasında təcili məşqçi dəyişikliyi edilməli olduğunu deyib. Bu gün M.Alleqri ilə yolların ayrıldığının açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Alleqri son açıqlamalarının birində mövsümün sonu "Milan"dan gedəcəyini demişdi.
saytlarin hazirlanmasi