Caner "Roma"ya keçə bilər?
“Fənərbaxça”da uğurla çıxış edən futbolçu Caner Erkin komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki,Caner İtaliyanın “Roma” klubuna keçə bilər. İtalyanlar bunun üçün hətta 2.5 milyon avro təklif etməyə də hazırdılar. Futbolçunun meneceri isə İtaliya ilə yanaşı, İngiltərədən də ciddi təkliflərin gəldiyini və hazırda bu barədə düşündüklərini bildirib. Canerin “Fənər”lə olan müqaviləsi bu mövsümün sonunda bitəcək.
saytlarin hazirlanmasi