"Real" "Şalke"yə qarşı
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
İngiltərənin "Çelsi" klubu öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Komandalar arasında İstanbulda keçirilən ilk oyun 1:1 hesablı bərarərliklə başa çatıb.
Digər oyunda isə "Real" (Madrid) "Şalke"ni qəbul edəcək. Almaniyada baş tutan ilk ounda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olar.
18 mart
23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) 2:0
İlk oyun - 1:1
Qollar:Eto,3, Kahill,42
23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) 3:1
İlk oyun - 6:1
Qollar: Ronaldo,22,74, Morata,75 - Hooqland,31
saytlarin hazirlanmasi