Reynaldo: "Bütün diqqətim "Qarabağ"dadır, belə fikirlərlə maraqlanmıram"

00:56 - 31 Mart 2014

"Hədəfim daha çox qol vurmaqdı"
 
"Qarabağ"ın hücumçusu Reynaldo Silva "Qəbələ" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb,
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Bu dəfə "Qəbələ"ni böyükhesabla məğlub etdiniz...
- Bizim üçün ilk hissə çox çətin keçdi. Qar yağmasına görə istədiyimiz oyunu sərgiləyə bilmədik. Ancaq ikinci hissədə topla istədiyimiz rəftar etdik.Sonda da məqsədimizə çatıb 3 xalı qazandıq.
 
- Qarın yağması sizin oyunuza nə dərəcədə mənfi təsir etdi?
- Qar hər iki komandanın oyununa təsir etdi, meydançanın vəziyyəti də yaxşı vəziyyətdə deyildi. Qar kəsdikdən sonra topla daha yaxşı işlədik, nəticə əldə etdik, qalib gəldik.
 
- "Qarabağ" kubokda uduzduğu "Qəbələ"yə bu gün  qalib gəldi. Həmin məğlubiyyət nə ilə bağlı idi?
- Kubok oyunlarını da ciddi qəbul edirdik. Ancaq həmin qarşılaşmada oyunumuz istədiyimiz kimi alınmadı. Ona görə, məğlub olduq.
 
- "Qarabağ"ın tarixində mövsüm ərzində ən çox qol vurmuş futbolçu Samir Musayevdi. Necə düşünürsüz, həmin rekordu qıra biləcəksiz?
- Hədəfim daha çox qol vurmaqdı. Mənim üçün əsas olan qolu kimin vurması yox, qalib gəlməyimizdi.
 
- 10 xal fərq ilə turnir cədvəlinin liderisiz. Buna görə komandada arxayınlıq varmı?
- Qətiyyən! Heç bir arxayınlıq yoxdu. Mövsümün sonuna qədər bütün oyunlara ciddi yanaşacağıq. Bütün oyunlarda da qalib gəlmək üçün çalışacağıq.
 
- Qış fasiləsindən sonra "Qarabağ" iddialı rəqiblərini böyük hesabla məğlub edib. Bu, sizin güclənməyinizdən irəli gəlir, yoxsa rəqibləriniz zəifləyib?
- Mənə elə gəlir ki, biz qalib gəlmək üçün daha çox çalışırıq. Yaxşı məşq etdiyimiz üçün qalib gəlirik. Fikrimcə, bütün komandalar yaxşı mübarizə aparır.
 
- Bu mövsüm "Qarabağ"ın heyətində özünüzü yaxşı tərəfdən göstərməyi bacarmısız. Vurduğunuz qollar da bunun sübutudu. Buna görə iddialı klublardan, ölkə xaricindən təkliflər varmı?
- Mən "Qarabağ"da olduqca xoşbəxtəm., bütün diqqətim "Qarabağ"dadır, beklə fikirlərlə maraqlanmıram.
 
- Bu gün 2 qol vuran Reynaldo nədənsə qəmgin görünür. Bunun səbəbi nədir ?
- Soyuq olduğuna görə. Başqa bir səbəbi yoxdu. Dəfələrlə bu cür havada çıxış etmişəm.

Xəbər xətti