İki futbolçu komandadan ayrı çalışıb
Premyer Liqanın son turunda AZAL üzərində əzmkar qələbə qazanmış "Sumqayıt" Futbol Klubu istirahəti başa vurub.
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün Sumqayıtda "Rəvan"la oyunun hazırlığına start verib.
Zədəli olan hücumçu Pərdis Fərcad-Azad və müdafiəçi Elşad Manafov komandadan ayrı çalışıb. Məşqə iki tərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" oyunu aprelin 4-də "Bayıl Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi