Gənc çalışdırıcı "İnter" - "Rəvan" matçında
“Şəfa” stadionunda keçirilən “İnter” – “Rəvan” oyununu “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov da izləyib.
Sportal.az xəbər verir ki, gənc çalışdırıcı “İnter”in üstün olduğu oyuna baxaraq qeydlərini götürür. Məmmədovun arenaya gəlişi səbəbsiz deyil.
Məsələ burasındadır ki, “Sumqayıt” növbəti turda “Rəvan”la münasibətlərini ayırd edəcək.
saytlarin hazirlanmasi