"Hakimi hər şeydə günahlandırmaq olmaz"
Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" (1-0) qarşılaşmasından sonra "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev qələbəni şərh edib.
Sportal.az mütəxəssisin fikirlərini təqdim edir:
"Futbolumuzu oynadıq. Bizə vacib lazım olan 3 xalı bir qolla qazandıq. Bu oyun haqqında nə şərh verəcək. İki 45 dəqiqə hücum etdik. Qol vura bilmirdik, şükür ki o nöqtəni də qoyduq. Udmaq istəyirdik,bacardıq və "Bakı" iləxal fərqimiz 6 xala çatdı . İndi öyrəndim ki, "Simurq" "İnter"ə qol buraxdı. Gözlənilən hadisə idi. "İnter" bizi qovur. Növbəti oyunumuzda "İnter"lə münasibətimizi aydınlaşdıracağıq"
Pantiçin fikirlərinə də Hacıyev münasibət bildirib:
"Pnatiç çox səmimi insandı. Kim öz ayranına turş deyər ki. O onun öz fikridir. Getsin diqqətlə baxsın ki, Nfora edilən hərəkət təmiz qırmızı vərəqə idi. Hakimi hər şeydə günahlandırmaq olmaz. O da insandı, robot deyil. Penaltidən qol vursaydıq, onda nəsə mübahisə edərdik. Gəlin, Pantiçə də uğur arzulayaq."
saytlarin hazirlanmasi