Aqil Məmmədov narazı qaldı

19:05 - 12 Aprel 2014

"Komanda istədiyimiz oyunu göstərmədi"
 
"Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Simurq”la heç-heçəsini (1:1) şərh edib.
 
Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib: 
 
“Bizim üçün vacib oyun idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komanda istədiyimiz oyunu göstərmədi, uşaqlardan razı qalmadım”.

Xəbər xətti