"Neftçi"nin hücumçusu mövsümü erkən bitirə bilər

16:02 - 14 Aprel 2014

Nasimovun zədəsi olduqca ciddidir
 
“Neftçi” Premyer Liqanın sonuna 6 tur qalmış ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, paytaxt klubunun özbəkistanlı hücumçusu Bahodir Nasimov sıradan çıxıb.
 
Nasimov XXX turun “İnter”lə görüşü zamanı isinmə hərəkətləri edərkən xəsarət alıb. Müayinədən sonra zədənin ciddiliyi aşkarlanıb və böyük ehtimalla, legioner mövsümü bitirib.
 
"Neftçi"nin ən yaxşı bombardiri olan Bahodir cari çempionatın 21 oyununda 7 qol vurub.

Xəbər xətti