"Qəbələ" - "Xəzər Lənkəran" matçında insident: Azarkeşlər meydançanı tərk edirlər

16:34 - 16 Aprel 2014

Yerli azarkeşlər etiraz edirlər
 
Hazırda davam edən “Qəbələ” – “Xəzər Lənkəran” matçında yerli fanatlarla polislər arasında insident yaşanıb.
 
Sportal.az xəbər verir ki, fan-klub üzvləri buna etiraz edərək, stadionu tərk etməyə başlayıblar.
 
Arenada olan əməkdaşı bununla bağlı fanatların fikrini alıb. Azarkeşlər bildiriblər ki, polislər qoymurlar ki, fanatlar komandaya dəstək olsunlar. Hər dəqiqə bir fanatın bölməyə aparıldığını deyən azarkeşlər buna etiraz etdiklərini bildiriblər.
 
futbol11.az

Xəbər xətti