"Qalatasaray" iki ulduzu ilə yollarını ayırır

16:53 - 17 Aprel 2014

Eboue və Droqba komandadan gedə bilərlər
 
"Qalatasaray"da mövsümün sonunda komandadan ayrılacaq iki futbolçunun adı müəyylənləşib.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən klubun prezidenti Ünal Aysal və baş məşqçi Roberto Mançini arasında görüş baş tutb və bu görüşdə baş məşqçi növbəti mövsümdə komandasında görmək istəmədiyi iki futbolçunun adını prezdentə təqdim edib. Bunlar kotdivarlı Emmanuel Eboue və Didiye Droqbadır. Baş məşqçi növbəti mövsüm üçün komandasında görmək istədiyi 3 futbolçunun adını da Aysala təqdim edib. Hələlik həmin adlar məlum deyil.

Xəbər xətti