"Neftçi" azarkeşlərindən kapitanlarına böyük sevgi

00:50 - 26 Aprel 2014

"Sadiqov, sən bizim qürurumuzsan"
 
“Neftçi” klubunun azarkeşləri kapitan Rəşad Sadiqova olan sevgilərini göstəriblər.
 
Sportal.az xəbər verir ki, fanatlar “Rəvan”a qarşı keçirilən kubok oyununun gedişində kapitan Rəşad Sadiqovu vəsf edəcək şüarlar səsləndiriblər:
 
“Rəşad, sən bizim qürurumuzsan, ən böyük kapitan bizim kapitan, Rəşad “Neftçi”ni buraya gətir”, şüarları biri birini əvəzləyib.  Oyundan sonra da kapitanı tribunaya çağıran azarkeşlər daha sonra isə onu alqışlarla mükafatlandırıblar.
 
Qeyd edək ki, Sadiqov bir müddət əvvəl əvəzedici heyətə göndərilmişdi.

Xəbər xətti