- Ciddi bir səbəb yoxdur, rəqiblə oyunumuz alınmır. Onlar demək olar ki, həmişə müdafiə futbolu oynayırlar. Elə oyunçuları var ki, dərhal əks-hücuma çıxırlar. Onların oyun sistemi belədir. Çalışırlar ki, bizim əsas futbolçularımızı bağlasınlar. Bəzən elə olur ki, qol epizodlarımız olur, amma fürsətlərdən istifadə edə bilmirik. Sonuncu oyunda da “Simurq”un cərimə meydançasında cəmi bir təhlükəli epizodu oldu və avtoqol sayəsində məğlub olduq. “Simurq”un meydançası futbol üçün yararsızdır və bu da bizə çətinlik törədir. AZAL və “İnter”in stadionları Zaqatala stadionuna nosbətən daha yaxşıdırlar.
- Hər şey qaydasındadır. 6-7 oyun ardıcıl oyun uduzmamışdıq, nə vaxtsa uduzmalıydıq. İkinci pillədə “İnter” qərarlaşıb və onlarla aramızda 10 xal fərqimiz var. Ona görə də, üzülmürük. Sabah “Neftçi” ilə oyunumuz var, bu oyunu səbirsizliklə gözləyirik.
- Hər şey yüksək səviyyədədir, komanda yüksək həvəslə məşq edir. Bundan artıq motivasiya ola bilməz. Həm “Neftçi”, həm də “Qarabağ” açıq futbol oynayır. "Neftçi" bəzi komandalar kimi 8-9 nəfərlə qapıda durub öz cərimə meydançasında oynamır.”Neftçi” ilə oyunlarımız həmişə maraqlı keçib.
- Bu oyunda qalib gəlsək də, çempionluq “İnter” – “Xəzər Lənkəran” oyunundan asılı olacaq. Bu oyunda sırf qələbə üçün meydana çıxacağıq. Əvvəlki oyunlar bizim üçün bir əhəmiyyət daşmır, çünki bütün diqqətimiz bu oyuna yönəlib. İstəyimizə çatmaq istəyiriksə, sabah qələbə qazanmalıyıq.
- “Neftçi”ni doğma meydanda qəbul edirik, buna görə də favorit sayıla bilərik. Amma şanslar hər iki komanda üçün bərabərdir. “Neftçi” kubokda finala yüksəldi, onlarda da əhval-ruhiyyə yüksəkdir. Onlar çıxıb rahat oyununu oynayacaq, biz isə daha diqqətli olmalıyıq.
- Biz də turnir cədvəlində bizə yaxın olan komandaların oyunlarını izləyirik. “İnter” çempionata çox pis başladı, lakin indi ikinci pillədədirlər. Çempionatında əvvəlində hamı gülərdi ki, “İnter” bu qədər oyun udub ikinci pilləyə yüksəlsin. Onların yaxşı məşqçiləri, nəticəyə təsir edə biləcək futbolçuları var. Həmin oyunda biz “Xəzər Lənkəran”a azarkeşlik edəcəyik.
- Qeyd etdiyiniz kimi, “Qarabağ”ın hər il çempion olmaq üçün şansı olub və əvvəlki illərdə autsayderlər görüşlərdə lazımsız xallar itirirdik. “Neftçi”ni məğlub edəndə, “Rəvan”la matçda xal itirəndə bu qələbənin bir mənası olmur. Bu il topralandıq, liderlər üzərində qalib gəlmişik və autsayderlər üzərində elə də çox xal itirmədik. Həm də bu mövsümboyu futbolçularımız stabil çıxış edir. Ötən mövsümlərdə bəzən yaxşı, bəzən isə pis oynayırdıq. Bu mövsüm əsasən yaxşı oynadıq, ya da yaxşıdan bir az zəif mübarizə apardıq.