"Neftçi"nin futbolçu ilə polislər arasında mübahisə baş verdi

00:26 - 28 Aprel 2014

Qanun keşikçiləri futbolçunu tanımadılar
 
Dünən Premyer Liqanın 32-ci turunda "Neftçi" səfərdə "Qarabağ"la heç-heçə edib 1:1.
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin gənc futbolçusu Mirhüseyn Seyidov zədə səbəbindən bu matçda forma geyinməyib və oyunu tribunadan izləyib. Oyun bitdikdən sonra soyunub-geyinmə otağına düşmək istəyən futbolçunu polislər dəhlizdən içəri buraxmayıblar. Buna səbəb isə qaonun keşikçilərinin Seyidovu tanımaması olub ona "Sən kimsən, içəri girirsən" sözləri deyilib. Daha sonra digər polislərdən biri onu tanıyıb və içəri buraxıb.

Xəbər xətti