TFF "Şükrü Saracoğlu" stadionunu cəzalandırdığından matç qadın və uşaq azarkeşlərin iştirakı ilə keçirilib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0. Lakin ən yaxın izləyicisi "Beşiktaş" "Sivasspor"a uduzduğundan (0:3) "Fənərbaxça" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
İstanbul klubu tarixi ərzində 19-cu dəfə Türkiyə çempionu olub.