"Ramin Musayev mənə zəng vurmuşdu və dedi ki..."

00:35 - 29 Aprel 2014

Kubokun finalının başlama saatı məlum olub
 
Azərbaycan kubokunda “Qəbələ” və “Neftçi” komandaları arasında mayın 22-də keçiriləcək final matçının başlama saatı müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bu barədə Lent.az-a oyunun təşkil olunacağı Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.
 
O bildirib ki, qarşılaşma saat 20:00-a təyin olunub: “Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mənə zəng vurmuşdu. Dedi ki, görüş saat 20:00-da başlanacaq. Matçdan öncə və sonra isə stadionumuzda konsert və mükafatlandırma mərasimi keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda futbol mövsümünə kubokun finalının “Qəbələ” – “Neftçi” matçı ilə yekun vurulacaq.

Xəbər xətti