Aqil Məmmədov: "İndiyə kimi "İnter"ə qol vura bilməmişik, bu gün də vura bilmədik"
Premyer Liqanın 33-cü turunda "Sumqayıt" səfərdə "İnter"ə 2:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov məğlubiyyətə şərh verib.
"Bilirdik ki, çətin qarşılaşma olacaq. İndiyə kimi “İnter”ə qol vura bilməmişik, bu gün də vura bilmədik. “İnter”ə qarşı oyunumuz alınmır. Məğlubiyyətə layiq oyun göstərmədik. Öz səhvlərimizdən qapımızda qollar gördük. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm, layiqli qələbə qazandılar”.
saytlarin hazirlanmasi