“Qarşımıza qoyduğumuz məqsədə nail ola bilmədik. AZAL-la oyunda qələbə qazanmaq istəyirdik, alınmadı. Heyətdəki çatışmazlıqlar özünü göstərdi. Araz Abdullayev və Ernest Nforoynamırdı, buna baxmayaraq, Samir Məsimovun xoş təsir bağışladığını qeyd etməliyəm. Komandaya demişdim ki, bu iki oyunda qələbə qazansalar son turda onları Zaqatalaya səfər etməkdən azad edəcəm. Ora əvəzedici heyətlə getməyi, əsas heyətə kubok öncəsi istirahət verməyi düşünürdüm. Amma mübarizə sona kimi davam edəcək. “Qəbələ” bizi turnir cədvəlində keçdi, bu, müvəqqətidir. Gələn turda “İnter”lə qarşılaşacaqlar. Biz isə “Rəvan”ı udmağa çalışacağıq. Üçüncü yer uğrunda mübarizə Zaqatalada yekunlaşacaq. Əsas vəzifəmiz kuboku qazanmaqdır. Komanda bu gün yaxşı mübarizə apardı, amma məqsədimizə nail ola bilmədik. Son vaxtlar fərqli heyətlərlə oynayırıq, istədiyimiz effekti ala bilmədik. Cinahlardan hücum etməyi tapşırmışdım. Çünki, rəqib azlıqda qaldıqdan sonra əsasən müdafiənin mərkəzində toplaşmışdı. Təəssüf ki, uşaqlar deyilən tapşırıqları yerinə yetirə bilmədilər”.