Böyükağa Hacıyev: " Yaxşı ki, son anda futbolçular özlərində güc tapıb son nöqtəni qoya bildilər"

23:20 - 12 May 2014

"Sumqayıt" çempionu məğlub etdi, bu, futbolda olan haldır"
 
Premyer Liqanın 35-ci turunda "Neftçi" azarkeşləri önündə "Rəvan"ı məğlub edib
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Nefçi"nin baş məşqçisi Böyükağa Hacıyev qalibiyyətə belə şərh verib.
 
"Rəvan"la qarışıq oyun alındı. Çoxsaylı qol imkanları yaratmağımıza baxmayaraq, həlledici vuruş çatışmırdı. Rəqib iki hissə ərzində qapımıza bir zərbə vurdu, o da qol oldu. Oyunun gərgin keçəcəyini gözləyirdim. Medallar uğrunda qızğın mübarizə getdiyi kimi Premyer Liqada qalmaq üçün də “Sumqayıt”la “Rəvan” mübarizə aparır. Yaxşı ki, son anda futbolçular özlərində güc tapıb son nöqtəni qoya bildilər. Artıq çempionatın sonuna bir tur qalıb. “Simurq”a qarşı oyun da çox çətin keçəcək. Çünki, üçüncü yerin sahibi məhz bu oyunlarda müəyyən olunacaq. “Sumqayıt” çempionu məğlub etdi, bu, futbolda olan haldır".

Xəbər xətti