"Simurq"da 8 futbolçunun müqaviləsi bitib

14:51 - 23 May 2014

Futbolçuların bəziləri ilə danışıqlar aparılır
 
"Simurq" Peşəkar İdman Klubunun səkkiz futbolçusu ilə müqaviləsinin vaxtı bitib.
 
Sportal.az xəbər verir ki, bunlar kapitan Ruslan Poladov, Taqim Novruzov, "Neftçi"dən icarə əsasında heyətə cəlb edilən Nicat Qurbanov, Stepan Polyak, Dilaver Zrnanoviç, Raul Kostin, Anderson Oliveyra və "Bakı"dan icarəyə götürülən Mindauqas Kalonasdır.

Ancaq onlardan bir neçəsi ilə hazırda danışıqlar aparılır və yaxın günlərdə ortaq məxrəcə gəlinsə yeni müqavilə imzalanacaq.

 

Xəbər xətti