"Neftçi"nin zədəlisindən son xəbər

16:00 - 23 May 2014

Məqsəd İsayevin son durumu necədir?
 
Ölkə kubokunun finalında "Neftçi" "Qəbələ"ni məğlub edərək kubokun qalibi oldu. Oyunun son dəqiqələrində "ağ-qaralar"ın gənc futbolçusu Məqsəd İsayev zədələndi, lakin komanda daha əvvəl 3 dəyişiklikdən istifadə etdiyi üçün İsayev meydanda qalaraq sona qədər mübarizə apardı.
 
Futbolçu zədəsi haqqında son məlumatı Sportal.az-a açıqlamasında bildirib:
 
"Şükür, elə bir ciddi şey yoxdur, indi hər şey yaxşıdır. Sadəcə, bir az istirahət lazımdır. Komandanın ilk toplanışına kimi tam hazır olacam"

Xəbər xətti