Makedoniya mətbuatına danışan 35 yaşlı müdafiəçi kubokun finalında meydana çıxmasa da, komandasının kuboku qazanmasına çox sevindiyini və artıq karyerasını başa vurmaq istədiyini deyib: "Düşünürəm ki, bu oyun mənim üçün sonuncu oldu. Artıq karyeramı bitirmək haqda düşünürəm. 15 il peşəkar səviyyədə futbol oynadım, yaxşı karyeraya malikəm. Lakin psixoloji cəhətdən çox yoruldum".
Qeyd edək ki, Mitreski 2010-cu ildən "Neftçi"də çıxış edirdi. O, əvvəllər Makedoniyanın "Sileks", Rusiyanın "Spartak" (Moskva), Ukraynanın "Metallurq" (Zaparoje), İsrailin "Beytar", Almaniyanın "Enerji Kottbus", Belçikanın "Beersxot" və Bolqarıstanın ÇSKA klublarında çıxış edib. Makedoniya millisində 70 oyun keçirən müdafiəçi 1 qol vurub. "Spartak"la Rusiya çempionluğunu və kubokunu qazanan Miterski 3 dəfə Azərbaycan çempionatının (2011, 2012, 2013) və 2 dəfə Azərbaycan Kubokunun (2013, 2014) qalibi olub.