İspan derbisində 5 qol
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalında iki İspaniya təmsilçisi üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçiləri “Atletiko” ilə “Real” münasibətlərini aydınlaşdırıb. Qodin fasiləyə qədər komandasını irəli çıxarıb. Uruqvaylının baş zərbəsi ilk yarıda yeganə qol olub. Bu qoldan sonra Simeonenin komandası böyük qüvvə ilə müdafiəyə çəkilsə də, hesabı qoruya bilməyib. Bərabərlik qolunu vurmaqda çətinlik çəkən “Kral klubu” yalnız matçın uzatma dəqiqələrində xilas olub. Madrid derbisinin ilk qolunda olduğu kimi yenə mərkəz müdafiəçisinin baş zərbəsi dəqiq olub. Serxio Ramos “Real”ı məğlubiyyətdən xilas edib.
Görüşün taleyini əlavə vaxt həll edib. "Real" "Atletiko"nu darmadağın edib.
Çempionlar Liqası
Final
24 may
“Real” (İspaniya) – “Atletiko” (İspaniya) – 4:1 (əlavə vaxtda)
Qollar:Serxio Ramos 90+3, Qaret Beyl, 110, Marselo, 117, Kriştianu Ronaldo, 120-p. - Dieqo Qodin, 36
saytlarin hazirlanmasi