Kubokun finalına görə "Neftçi" və "Qəbələ" cərimələndi

14:29 - 27 May 2014

Cəzalar bəlli oldu
 
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan kubokunun “Qəbələ” və “Neftçi” klubları arasında təşkil olunmuş final matçı ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Oyunun 90-cı dəqiqəsində “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.

Oyunun 104-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Xəbər xətti