"Fənərbaxça" Dieqo ilə 3 illik müqavilə imzaladı

16:30 - 27 May 2014

Türkiyə təmsilçisinin ilk transferi
 
Türkiyənin "Fənərbaxça" klubu "Atletiko"da icarə əsasında oynayan Dieqo Ribasla 3 illik müqavilə imzalayıb.
 
Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb. Ribas mövsümün sonunda "Volfsburq"la müqaviləsi bitən kimi "Fənərbaxça"nın formasını geyinəcək.
 
Bu braziliyalı Ribasın Avropa arenasındakı 6-cı komandası olacaq.

Xəbər xətti